QR CodeQR Code

ABŞ Donbasa muxtariyyət verilməsinə razıdır

29 Jan 2022 09:36

İslamTimes: ABŞ-ın regiona xüsusi status üçün qeyd-şərtsiz dəstəyindən danışmağa ehtiyac yoxdur.


Axar.az xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının rəhbəri Andrey Kortunov deyib.

Onun sözlərinə görə, rəsmi olaraq ABŞ Donbas üçün muxtariyyət ideyasını dəstəkləyir, çünki bu, Minsk razılaşmalarının mətnində öz əksini tapıb.

Kortunov diqqəti ona yönəldib ki, indi heç bir məsul siyasətçi, o cümlədən amerikalılar Minsk razılaşmalarına qarşı olduqlarını deyə bilməz, çünki beynəlxalq hüququn tərkib hissəsi olduğundan, onlar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə salınıb.


Story Code: 976130

News Link :
https://www.islamtimes.org/az/news/976130/abş-donbasa-muxtariyyət-verilməsinə-razıdır

Islam Times
  https://www.islamtimes.org