QR CodeQR Code

Taekvondo üzrə dünya çempionatı üçün Azərbaycanın namizədliyi qəbul olunmayıb

29 Jan 2022 10:16

İslamTimes: Taekvondo üzrə dünya çempionatı üçün Azərbaycanın namizədliyi qəbul olunmayıb


Taekvondo üzrə növbəti dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşib.

"Report"un Dünya Taekvondo Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, yarış bu il Meksikanın Kankun şəhərində təşkil olunacaq. Sözügedən ölkə tarixində ikinci dəfə mundiala ev sahibliyi edəcək. Burada ilk dünya çempionatı 2013-cü ildə baş tutub.

Meksika ilə yanaşı, daha 2 ölkə yarışı qəbul etmək üçün namizədləiyini irəli sürüb. Bunlardan biri Azərbaycan, digər isə Livan olub. Lakin yekun nəticədə 52 faiz səs toplayan Meksika bu hüquqa yiyələnib.

Qeyd edək ki, noyabrda keçiriləcək dünya çempionatında 140 ölkədən 205-dən çox taekvondoçunun iştirakı gözlənilir.


Story Code: 976133

News Link :
https://www.islamtimes.org/az/news/976133/taekvondo-üzrə-dünya-çempionatı-üçün-azərbaycanın-namizədliyi-qəbul-olunmayıb

Islam Times
  https://www.islamtimes.org