0
Saturday 29 January 2022 - 10:35

“Qızıl Xaç” Azərbaycandakı erməniləri İrəvanla danışdırdı

Story Code : 976135
“Qızıl Xaç” Azərbaycandakı erməniləri İrəvanla danışdırdı
Modern.az xəbər verir ki, bu barədə komitənin Ermənistan nümayəndəliyinin PR mütəxəssisi Zara Amatuni bildirib.

"Təşkilatın əməkdaşları Azərbaycan hakimiyyəti tərəfindən əsir götürülməsi təsdiqlənən bütün şəxslərə baş çəkiblər. Onların arasında 2020-ci ilin sonu və 2021-ci ilin noyabrında əsir götürülənlər də var", - Amatuni bildirib.

BQXK-nın əməkdaşları saxlanma şəraiti ilə tanış olub, yaxınlarının məktublarını və videomüraciətlərini məhbuslara təhvil verib, həmçinin onlardan ailə üzvlərinə mesajlar alıblar. Bundan əlavə, Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə məhbuslar yaxınları ilə telefonla danışa biliblər.

Bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan etmişdi ki, Azərbaycanda saxlanılan erməni məhbusların sayı müxtəlif hesablamalara görə, 70 nəfərə yaxındır.

Xatırladaq ki, yanvarda Ermənistan İstintaq Komitəsi Ermənistan tərəfdən itkin düşən və ölən hərbçilərlə bağlı məlumat yayıb. Belə ki, rəsmi məlumatlara görə, 2020-ci ilin payızında Qarabağda baş vermiş müharibə nəticəsində 199 hərbi qulluqçu və 21 mülki şəxs itkin düşmüş hesab olunur. Qurumun  məlumatına görə, Qarabağda və Ermənistanla sərhhəddəki hərbi toqquşmalarda ölən ermənilərin sayı 3809 nəfərdir.