0
Saturday 29 January 2022 - 16:33

Rusiya Belarusa Pantsir-S-ləri də göndərdi

Story Code : 976188
Rusiya Belarusa Pantsir-S-ləri də göndərdi
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Göndərilən divizionda hər biri 12 raket daşıyan 12 hərbi maşının olduğu görüntüləri də yayılıb.

Qeyd edək ki, təlim iki mərhələdə keçiriləcək. Birinci mərhələ 9 fevrala qədər tamamlanacaq. Bu mərhələdə Belarus ərazisində yeni hərbi birliklərin yerləşdirilməsi, dövlət və hərbi obyektlərin mühafizəsi, həmçinin İttifaq Dövlətinin hava sərhədinin, hava müdafiə sistemlərinin yoxlanılması həyata keçiriləcək.

10-20 fevralda baş tutacaq ikinci mərhələdə isə xarici təhlükəyə və terrorizmə qarşı genişmiqyaslı təlim baş tutacaq.