QR CodeQR Code

“Ukrayna NATO standartlarına cavab vermir”

9 Feb 2022 09:23

İslamTimes - "Ukrayna NATO standartlarına yaxınlaşdıracaq islahatlara hələ yaxınlaşmayıb".


Bunu İtaliyanın xarici işlər naziri Luici Di Mayo deyib. O qeyd edib ki, 2008-ci ildə Buxarest sammitində Kiyev və Tbilisinin üzvlüyünü nəzərdə tutan “açıq qapı” prinsipindən imtina etmək olmaz.

"Amma bunun Rusiya üçün “qırmızı xətt” olduğunu da bilirik”, - deyə nazir bildirib.

Ukraynanın NATO standartlarına keçidinin ləngidiyini söyləyən XİN başçısı Rusiyaya qarşı planlaşdırılan sanksiyaların ölkə iqtisadiyyatına mümkün mənfi təsirlərindən narahatlığını ifadə edib. /modern/

 


Story Code: 977982

News Link :
https://www.islamtimes.org/az/news/977982/ukrayna-nato-standartlarına-cavab-vermir

Islam Times
  https://www.islamtimes.org