QR CodeQR Code

Riyakar Misir hökuməti xalqla İsrail arasında qalıb

10 Sep 2011 23:12

IslamTimes - Britaniya teleradio şirkəti BBC şənbə günü xəbər verib ki, Misir hökuməti nümayişçiləri cəzalandıracağını bildirib


Öncə xəbər verdiyimiz kimi, sərhəd bölgəsində dinc Misir vətəndaşlarının İsrail hərbiçiləri tərəfindən qətlə yetirilməsinə cavab olaraq Qahirədə İsrail səfirliyinə hücum oldu.

Britaniya teleradio şirkəti BBC şənbə günü xəbər verib ki, Misir hökuməti nümayişçiləri cəzalandıracağını bildirib. ABŞ və Qərb dövlətlərinin etirazlarından sonra Misir informasiya naziri Üsamə Həsən Heykəl səfirliyə hücum edənlərlə sərt davranılacağını vəd edib. Bu hadisə hərbi keçid şurasının əsil simasını bütün dünyaya göstərdi və aydın oldu ki bu hökumət eynən Mübarək kimi dünya imperializminə nökərçilik edir.


Story Code: 97849

News Link :
https://www.islamtimes.org/az/news/97849/riyakar-misir-hökuməti-xalqla-israil-arasında-qalıb

Islam Times
  https://www.islamtimes.org