0
Sunday 11 September 2011 - 20:06
Misir inqilabının islahı

Gənc misirlilər inqilabın yolunu azmasına mane olur

Story Code : 98034
Gənc misirlilər inqilabın yolunu azmasına mane olur
Gənc misirlilər inqilabın yolunu azmasına mane olur
Qahirənin Təhrir meydanı bu günlər yenidən siyasi gərginlik yaşamışdır. Etirazçı cəmiyyət hərbi hökumətlə hesablaşmaq üçün yenidən səhnəyə gəlmiş, öz tələblərini ortaya qoymuşdur. İnqilabın yolunu azmasının qarşısının alınması, daxili işlər nazirinin işdən qovulması, İsraillə əlaqələrin kəsilməsi, keçmiş rejimin qalıqlarının təmizlənməsi, Kemp Devidin ləğvi Misir inqilabçılarının tələbləridir.

Misir inqilabçılarını narahat edib, səhnəyə gətirən son günlər hərbi hakimiyyətin fəaliyyətlərindəki dəyişikliklərdir. Hətta general Təntavinin Benyamin Netanyahu ilə görüşü barədə ziddiyətli xəbərlər yayılıb.

Misir inqilabçılarının İsrail səfirliyi üzərinə hücumundan sonra səfirlik ətrafında yeni bir səd çəkilir. Hamı bilir ki, bu səfirlik casusluq yuvasıdır. Onun qorunması hakimiyyətdə olan hərbiçilərin
sionistlərlə isti münasibətindən danışır. Hansı ki, İsrailə etirazın arxasında Sina səhrasında 5 misirli hərbiçinin qətli dayanır. Bu hadisə Misirdə böyük etirazla qarşılanmış və anti-sionist münasibəti sərtləşdirmişdir. Son günlər xəbər yayılıb ki, İsrail Misirdə onun siyasətlərini izləyəcək bir şəxsin hakimiyyətə gətirilməsini planlaşdırır. Hadisələrdən belə görünür ki, ABŞ və İsrail ərəb liqasının sabiq baş katibi və Misir xarici işlər naziri Əmr Musanın üzərində hesab açıb. Onlar bununla rüsvayçı Kemp Devid razılaşmasının ləğvinə mane olmağa çalışır.

Əmr Musanın ABŞ və sionizm qarşısında böyük xidmətləri var. O bu qüvvələrin pərdəarxası razılaşmalarında iştirak edir.

Son günlər əldə olunmuş informasiyalara əsasən, Əmr Musa sionistlərin tövsiyə və təlaşı ilə Misirdə xarici işlər naziri
postunu tutub. Nazir postunda fəaliyyəti dövründə daim İsrailin mənafelərini müdafiə edib. Eləcə də Misirin İsrailə qaz satması razılaşması Əmr Musanın təlaşları sayəsində mümkün olub. Son aylarda Misirdə Tel-Əvivin mənafelərini açıq müdafiə edib, Kemp Devidin arxasında dayanan yeganə şəxs Əmr Musa olub. Hansı ki, bu razılaşmanın Misir xalqı üçün zərərləri göz qabağındadır. ABŞ və İsrailin bu müqavilənin qüvvədə qalacağına zərrəcə ümidi yoxdur. Onlar hətta müqavilənin qorunması üçün hər hansı bəhanə də tapa bilmirlər. Yaranmış vəziyyətdə belə bir sual ortaya çıxır ki, Misir ordusu müştərək komandanlığının rəisi Təntavi hansı əsasla Netanyahu ilə məhrəmanə görüşmüşdür? Belə görünür ki, keçmiş rejimin qalıqları hərbiçiləri sionist mənafelərinin qorunmasına
sövq edir. Onlar milyonların qanı bahasına başa gəlmiş inqilabı səhnədən çıxarmağa çalışır.

Misir ordusu və hərbiçilər son qələbələrinə, Sina səhrasında Barlo xəttinin qırılmasına, sionist istehkamlarının dağıdılmasına görə xalq arasında böyük nüfuz qazanıblar. General Təntavi yaxşı anlayır ki, xalqın bu sevgisi işğalçılara qarşı təlaşlara görədir və generallar İsrailə güzəştə getsə, xalqın sevgisindən əsər-əlamət qalmayacaq. Amma qara keçmişə malik olan Əmr Musa kimi satqın siyasətçilər Mübarək dövrünü dirçəltmək üçün hər yola əl atırlar.

Hazırda Misir inqilabçılarının etiraz dalğası Qahirənin Təhrir meydanından başlamış, bütün böyük şəhərləri hərəkətə gətirib. İnqilabçıları narahat edən inqilab yolunun dəyişməsidir. Bu vəziyyət Əmr Musa, dəfələrlə
Qərb süzgəcindən keçmiş Məhəmməd Əl-Bəradei kimi insanlar üçün qızıl fürsət yaradıb. Onlar öz şanslarını bir daha sınamaq fürsəti əldə ediblər. Amma 40 il təhqir olunmuş, işğalçı rejimin zülmlərinə dözmüş bir xalq güzəştə getmək fikrində deyil və keçmişin qayıtmasına yol verməz. Əgər keçmiş rejimin Əmr Musa kimi aparıcı fiqurları meydandakı insanların əvəzinə hökm vermək fikrinə düşsələr inqilabın yolu dəyişə bilər. Bu halda milyonların qanı hədərə gedər. Mübarək əl altılarının bu gün inqilab bayrağı altında dayanıb siyasi xətt təyin etməsi üçün bir dəlil görünmür. Təhrir meydanındakı haraylar bir daha göstərir ki, Misir xalqı daxili və xarici fürsəttələblərə imkan verməyəcək.

"IslamTimes" - Tərcümə şöbəsi
Source : İslam Cümhuriyyəti qəzeti
Related Stories
Comment