0
Sunday 11 September 2011 - 21:13

11 sentyabr haqda şübhələr bitmir!

Story Code : 98051
11 sentyabr haqda şübhələr bitmir!
11 sentyabr haqda şübhələr bitmir!
"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, bu gün əksər sorğularda iştirak edən amerikalılar 11 sentyabr haqda bir çox sualların vabasız qaldığını bildirir. Amerikalıların əksəri elə düşünür ki, ABŞ dövləti 11 sentyabr hadisəsi ilə bağlı çox məntiqsiz və həddindən artıq radikal addımlar atıb. Bir çox rəsmilər isə dövlətin 11 sentyabr hadisəsi ilə bağlı həqiqətləri ictimaiyyətə çatdırmadığını düşünür.

Son sorğular zamanı məlum olub ki, hər 10 amerikalıdan 6-sı elə düşünür ki, bu gün ABŞ dövlətində yaranmış borclar və iqtisadiyyatın iflic olması 11 sentyabrla bağlı hədəfsiz əməliyyatların səbəbidir. Xalq 11 sentyabrdan sonra İraq və Əfqanıstan müharibələrinə xərclənmiş pulların Amerika dövlətinə iflic etdiyini bildirir.

ABŞ dövlətinin isə 11 sentyabrla bağlı şübhəli məqamlara aydınlıq gətirməməsi amerikalıları daha da qəzəbləndirir.
Comment