QR CodeQR Code

İordaniyalılar İsrail səfirliyinin bağlanmasını tələb edir

12 Sep 2011 09:06

IslamTimes - Əksər ərəb xalqları da İsraillə əlaqələrin kəsilməsi tərəfdarıdır. Ərəb dövlətləri də xalqlarının istəyini nəzərə alaraq işğalçı rejimlə rabitələrə son qoymalıdır.


"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, İordaniyada ən böyük müxalif partiya olan "İslami əməl" üzvləri bu ölkədə İsrail səfirliyinin qapadılmasını tələb ediblər.

Bu partiyanın bəyanatında bildirilir: "İşğalçı İsrail dövləti İordaniya dövlətinin haqqlarını tapdayaraq, milli dəyərləri ayaq altına aldığından bu rejimin Əmmandakı səfirliyi qapadılmalıdır.

"İslami əməl" partiyası təkidlə vurğulayıb ki, əksər ərəb xalqları da İsraillə əlaqələrin kəsilməsi tərəfdarıdır. Ərəb dövlətləri də xalqlarının istəyini nəzərə alaraq işğalçı rejimlə rabitələrə son qoymalıdır.

İordaniyalılar Misir xalqının İsrail səfirliyi qarşısında etiraz aksiyası keçirməsinə görə də onlardan təşəkkür edib.


Story Code: 98119

News Link :
https://www.islamtimes.org/az/news/98119/iordaniyalılar-israil-səfirliyinin-bağlanmasını-tələb-edir

Islam Times
  https://www.islamtimes.org