0
Monday 12 September 2011 - 09:31

İtaliya KİV-i: İsrail hər gün daha tənha!

Story Code : 98120
İtaliya KİV-i: İsrail hər gün daha tənha!
İtaliya KİV-i: İsrail hər gün daha tənha!
"La Repubblica"da dərc olunan xəbərdə, İsrailin Mavi Mərmərə gəmisinə hücumu zamanı 9 türkü qətlə yetirməsi və bu çirkin əmələ görə Türkiyədən üzr istəməməsi yad edilərək, bu hadisənin İsrail-Türkiyə əlaqələrinə ciddi zərbə vurduğu qeyd olunur. Suriya hadisələrində İsrailin təhrikedici rol oynadığına dair faktların üzə çıxması və sionist rejimin Misir hərbiçilərini qətlə yetirməsi işğalçı rejim üçün daha ciddi problemlər yaratdı.

"La Repubblica" qəzeti yazır ki, Benyamin Netanyahu Misirlə əlaqərin yaxşılaşdırılması üçün birgə əməliyyatların aparıldığını söyləyib. Amma Misir xalqı Sina məntəqəsində İsrailin Misir əsgərlərini qətlə yetirdiyindən qəzəblənərək Misir hakimiyyətinə sionist rejimlə dost münasibət qurmağa icazə verməyəcəyini söyləyib.

Türkiyə baş naziri cənab Ərdoğanın Misirə səfər xəbəri bu gün İsraili narahat edən ən əsas mövzudur. Səfər zamanı Türkiyə-Misir əlaqələrinin daha da genişləndiriləcəyi İsrail başçılarının planlarını alt-üst edib.
Comment