QR CodeQR Code

Həzrət Ayətullah Ələvi-Qorqani dünyasını dəyişib

Sahartv , 16 Mar 2022 10:57

İslamtimes - Şiələrin möhtərəm təqlid mərcələrindən olan Ayətullah Seyid Məhəmməd Əli Ələvi-Qorqani haqqın dəvətinə ləbbeyk deyib.



SəhərAzəri-nin məlumatına əsasən, Ayətullah Seyid Məhəmməd Əli Ələvi-Qorqani həm də Qum şəhərində «fiqhin əsasları və xarici fiqh» dərsinin müəllimlərindən olub.
Bu mərhum mərcə müxtəlif əsərlərin müəllifidir. Onun əsərləri islami elmlər üzrə kompüter mərkəzi tərəfindən kompüter proqramı formasında toplanıb və yayılıbdır.
Qum dini elmlər təhsili mərkəzində illər boyu ali tədrisdən və yüzlərlə dini tələbə yetişdirməkdən əlavə, Tehranda kredit fondunun təsisi, Gülüstan və Semnan vilayətlərində bir neçə məscid və müalicə mərkəzinin inşası, bu inqilabçı fəqih və mərcənin ictimai fəaliyyətlərindən olub. Ruhu şad olsun!
 


Story Code: 984077

News Link :
https://www.islamtimes.org/az/news/984077/həzrət-ayətullah-ələvi-qorqani-dünyasını-dəyişib

Islam Times
  https://www.islamtimes.org