QR CodeQR Code

ABŞ səfirliyinə hücum

13 Sep 2011 17:42

IslamTimes - Müdafiə qurğularını partladan talibançılar qranatomyotlarla hücuma keçib


“IslamTimes” “Lenta.ru” saytına istinadən bildirir ki, Taliban döyüşçüləri Kabildə ABŞ səfirliyi və NATO-nun qərərgahına hücum həyata keçirib.

"Farnce Press" xəbər verir ki, bütün xarici səfirliklər hədəfə alınsa da, ABŞ səfirliyi və NATO qərərgahı xüsusi hücuma məruz qalıb.

"Reuters" yazır ki, Əfqan kəşfiyyatının mənzil-qərərgahı da hədəfdə olub. Müdafiə qurğularını partladan talibançılar qranatomyotlarla hücuma keçib. Nəticədə Kabil mərkəzində görünməmiş atışma baş verib. Gərginlik davam edir, ölən və yaralananlar haqqında hələ ki, məlumat yoxdur. Hücuma görə məsuliyyəti Taliban öz üzərinə götürüb.


Story Code: 98504

News Link :
https://www.islamtimes.org/az/news/98504/abş-səfirliyinə-hücum

Islam Times
  https://www.islamtimes.org