QR CodeQR Code

NATO islamçıların Liviyada hakimiyyətə gələ biləcəyindən narahatdır

14 Sep 2011 11:27

IslamTimes - Rasmussen Liviyada diktator hakim Müəmmər Qəzzafini hakimiyyətdən kənarlaşdırmış müsəlmanları "radikal islamçı" adlandırıb.


"IslamTimes" "FarsNews"-a istinadən xəbər verir ki, NATO-nun baş katibi Rasmussen deyib: "NATO Liviyanın radikal islamçıların əlinə keçəcəyindən narahatdır. Biz tez bir zamanda Liviyada yeni dövlətin qurulmasını istəyirik." 

Rasmussen Liviyada diktator hakim Müəmmər Qəzzafini hakimiyyətdən kənarlaşdırmış müsəlmanları "radikal islamçı" adlandırıb. O bildirib ki, islamçılar 4 onillikdən sonra polkovnik Qəzzafinin aşmasından istifadə edərək hakimiyyətə gələ bilər. 

Rasmussen əlavə edib ki, Liviyda vəziyyət sabitləşmədiyindən NATO Liviyaya hava hücumlarını davam etdirəcək. 

Nəzərinizə çatdıraq ki, NATO Liviyaya hava hücumları təşkil etməklə Qəzzafi qüvvələrindən daha çox inqilabçıları hədəfə alıb. Sonradan isə bütün bunların bir səhv üzündən baş verdiyini söyləyib.


Story Code: 98672

News Link :
https://www.islamtimes.org/az/news/98672/nato-islamçıların-liviyada-hakimiyyətə-gələ-biləcəyindən-narahatdır

Islam Times
  https://www.islamtimes.org