0
Wednesday 14 September 2011 - 18:22

Liberman: Fələstinlilərin BMT-yə müraciətinin təhlükəli sonluğu var

Story Code : 98740
Aviqodr Liberman
Aviqodr Liberman
“IslamTimes” “FarsNews”-a istinadən xəbər verir ki, sionist rejimin xarici işlər naziri Liberman bildirib ki, fələstinlilərin müstəqil dövlət olaraq tanınmaq üçün BMT-yə müraciəti mənfi sonluqla tamamlanacaq. “FarsNews” xəbər agentliyi sionist rejim mətbuatına istinadən bildirir ki, Aviqodr Liberman kənd təsərrüfatı ilə bağlı çıxışında fələstinlilərin müraciətini təhlükəli müraciət adlandırıb.

Liberman iddia edib ki, İsrail son illərdə bir sıra güzəştlərə gedib. O misal olaraq Qəzzə zolağından geri çəkilməni göstərib. Əlbəttə ki, bütün bunlar hiyləgər bəyanatdan başqa bir şey deyil. Liberman Qərb sahilindən geri çəkilməni təhlükəli sayıb. Fələstin tərəfi 20 sentyabrda rəsmi tanınmaq üçün BMT-yə müraciət etməyi planlaşdırır.
Comment