0
Saturday 23 April 2022 - 11:51

Ayətullah Xamenei və Ayətullah Sistani Əfqanıstanda məsciddə törədilən partlayışla bağlı bəyanat veriblər

Story Code : 990634
Ayətullah Xamenei və Ayətullah Sistani Əfqanıstanda məsciddə törədilən partlayışla bağlı bəyanat veriblər
SalamNews MashregNews-a istinadla xəbər verir ki, İranın Kabildəki səfirliyi Ayətullah Xameneinin başsağlığı mesajını Əfqanıstanda son terror aktlarının qurbanlarının yaxınlarına çatdırıb və İranın, yaralıların müalicəsi üçün lazımi dəstək verməyə hazır olduğunu bildirib.

Həmçinin Ayətullah Sistani Məzar-Şərifdə Sə-Dukan məscidində törədilən partlayışla bağlı bəyanat verərək, Əfqanıstan xalqını fitnə və təfriqə ilə bağlı ayıq-sayıq olmağa çağırıb.

Bəyanatda deyilir:

“Terrorçu İŞİD təşkilatı yenə Məzar-Şərifdə məsciddə mülki insanları və namaz qılanları vəhşi cinayətilə hədəfə aldı və onların qanını tökdü. Biz bu cinayətin qurbanlarının yaxınlarına və ailələrinə başsağlığı verir. Allahdan onlara səbr və təskinlik, yaralılara şəfa diləyirik. Sevimli Əfqanıstanımızda mövcud vəziyyəti nəzərə alaraq, bütün mömin və möminələrə təkid edib bildiririrk ki, öncəkindən daha çox ehtiyatlı olsunlar və qeyd edilən facilərin baş verməməsi üçün camaatın toplaşdığı məkanlarda təhlükəsizliyi təmin etmək istiqamətində aidiyyatı səlahiyyətlilərlə əməkdaşlıq etsinlər. Mütəal Allahdan əziz Əfqanıstan xalqına başucalığı arzu edirik!”