0
Wednesday 27 April 2022 - 12:45

Ayətullah Xamenei: "İslam ölkələrinin Fələstin məsələsində fəaliyyəti çox pisdir"

Story Code : 991354
Ayətullah Xamenei: "İslam ölkələrinin Fələstin məsələsində fəaliyyəti çox pisdir"
"Fələstin xalqının fədakarlıqlarının, sionistlərin isə cinayət və qətllərinin kulminasiya nöqtəsinə çatdığını nəzərə alsaq, builki Ümumdünya Qüds Günü əvvəlki illərdən fərqlidir. Biz məzlum və eyni zamanda güclü Fələstin xalqı ilə həmrəy olmaqla onların gücünü və əhval-ruhiyyəsini artırmalıyıq"

İslamazeri.com "İRNA"ya istinadən xəbər verir ki, bunu İslam İnqilabının rəhbəri Ayətullah Xamenei universitet tələbələrini qəbul edərkən etdiyi çıxışında bildirib.

Yüzlərlə universitet tələbəsini və tələbə təşkilatlarının üzvlərini qəbul edən Ayətullah Xamenei zülmə boyun əyməməyi İslam İnqilabının xüsusiyyətlərindən biri kimi qiymətləndirib. İnqilab lideri sözlərinə bu cür davam edib:

"Bu gün dünya yeni nizama qədəm qoyur. İkiqütblü və təkqütblü dünya nizamından sonra meydana gəlməyə başlayan bu yeni nizamda ABŞ gündən-günə zəifləyir. Ukrayna müharibəsində baş verənləri daha dərindən və yeni dünya nizamı çərçivəsində həll etmək lazımdır. Bu müharibədən sonra yəqin ki, mürəkkəb və çətin proseslər ortaya çıxacaq və bütün ölkələrin, o cümlədən İranın bu yeni və mürəkkəb yolda vəzifəsi  təhlükəsizliyi təmin etmək, yeni nizamda iştirak etmək və təcrid olunmamaqdır. Bu böyük vəzifənin həyata keçirilməsində ən böyük məsuliyyət universitet tələbələrinin və akademik dairələrin üzərinə düşür və bununla da universitetlərə diqqətin əhəmiyyəti ikiqat artır.

Fələstin xalqının böyük fədakarlıqlarının, sionistlərin isə cinayət və qətllərinin kulminasiya nöqtəsinə çatdığını nəzərə alsaq, builki Ümumdünya Qüds Günü əvvəlki illərdən fərqlidir. Biz məzlum və eyni zamanda güclü Fələstin xalqı ilə həmrəy olmaqla onların gücünü və əhval-ruhiyyəsini artırmalıyıq. İsrail rejimi nə edirsə etsin, ABŞ və Avropa onu dəstəkləyir.

 Fələstin xalqı məzlum olsa da, güclüdür və Fələstinli gənclər Fələstin davasını unutmamaq üçün cihad və müqavimət nümayiş etdirirlər. Qüds günü məzlum Fələstin xalqı ilə həmrəylik və mənəviyyat nümayiş etdirmək üçün yaxşı fürsətdir.

İslam ölkələrinin Fələstin məsələsində fəaliyyəti çox pisdir. Təəssüflər olsun ki, İslam ölkələri bu baxımdan çox zəif çıxış edir və hətta Fələstin haqqında danışmaqdan yayınır və bəziləri Fələstinə kömək etməyin yolunun İsrail rejimi ilə münasibətləri saxlamaqdan keçdiyini düşünür. Halbuki, bu, böyük səhvdir.

Misir dövləti son 40 ildə bu böyük səhvə yol verərək, İsrail rejimi ilə münasibət qurmaqla yanlış yola getdi. Misirin İsrail rejimi ilə əlaqələri normallaşdırması İsrailin Fələstin xalqına qarşı qətllərini azaltdı, yoxsa Məscidül-Əqsaya hörmət göstərməsinə səbəb oldu? İndi bəzi ərəb ölkələri Ənvər Sədatın səhvini təkrarlamaq istəyir.

İsrail rejimi ilə əlaqə saxlamağın heç bir faydası yoxdur. Ümid edirik ki, Allahın köməyi ilə Fələstində yaxşı nəticələr əldə olunacaq və fələstinlilər tezliklə öz torpaqlarına və Məscidül-Əqsaya hakim olacaqlar”.

Ayətullah Xamenei: "İslam ölkələrinin Fələstin məsələsində fəaliyyəti çox pisdir"