QR CodeQR Code

Azərbaycan müsəlmanları Fələstini unutmur

AİP sədri Ümumdünya Qüds Günü ilə bağlı bəyanat yayıb

Sahartv , 28 Apr 2022 12:32

İslamtimes - Bununla bağlı 10 ildən çoxdur həbs həyatı yaşayan Azərbaycan İslam Partiyası (AİP) sədri Hacı Mövsüm Səmədov Qüds Günü ilə əlaqədar sionizm cinayətlərini məhkum edən bəyanat yayıb.



SəhərAzəri-nin məlumatına əsasən, AİP sədrinin bəyanatında deyilir: 
Mübarək Ramazan ayının axırıncı cüməsi məzlum Fələstin xalqına dəstək olaraq "Qüds günü" adlanır. Artıq bir əsrə yaxın davam edən bu işğal keçən əsrin ən böyük faciəsi kimi yaddaşlarda qalıb və təəssüf ki, hələ də beynəlxalq təşkilatlar tərəfindən layiqli formada cavablandırılmayıb! Biz bir azərbaycanlı olaraq buna oxşar işğala məruz qalan xalq kimi bu faciənin nə olduğunu yaxşı anlayırıq. Belə işğala etiraz etmək bizim hər birimizin tək dini vəzifəsi deyil, həm də bir insani borcudur. Onu yerinə yetirmək, hər birimizin boynunda olan böyük bir məsuliyyətdir. Hər kəs öz şəraitinə uyğun şəkildə bu işğalın sona çatması və vətənindən qaçqın düşmüş milyonlarla məzlum fələstinlinin öz doğma torpaqlarına qayıtması üçün lazımı addımları atmalıdır - deyə Hacı Mövsüm Səmədovun bəyanatında vurğulanır. 
 


Story Code: 991549

News Link :
https://www.islamtimes.org/az/news/991549/aip-sədri-ümumdünya-qüds-günü-ilə-bağlı-bəyanat-yayıb

Islam Times
  https://www.islamtimes.org