QR CodeQR Code

İnqilab Rəhbəri Qüds Günü münasibətilə TV-də canlı çıxış edəcək

إسلام تايمز , 28 Apr 2022 13:27

İslamTimes: İslam İnqilabı Rəhbəri Ayətullah Xamenei Beynəlxalq Ramazan ayının son cümə günü, Beynəlxalq Qüds günü televiziyada canlı yayımda çıxış edəcək.


Bu çıxış 29 aprel 2022-ci il saat 16:00-da İran milli televiziya kanalları və xarici şəbəkələr vasitəsi ilə birbaşa yayımlanacaq.

İnqilabın Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei daha öncə Ramazan ayında tələbələrlə görüşündə qarşıdan gələn Beynəlxalq Qüds Gününə işarə edərək vurğulamışdı:

"Fələstin xalqının böyük fədakarlıqları və sionist rejimin vəhşiliklərinin artmasını nəzərə alaraq, bu il Qüds günü əvvəlki illərdən daha yüksək səviyyədə olmalıdır. Bu il Qüds Günü məzlum, eyni zamanda qüdrətli Fələstin xalqı ilə yekdillik, həmrəylik onların gücünə güc qatmalı, ruhiyyələrini yüksəltməlidir..."


Story Code: 991556

News Link :
https://www.islamtimes.org/az/news/991556/inqilab-rəhbəri-qüds-günü-münasibətilə-tv-də-canlı-çıxış-edəcək

Islam Times
  https://www.islamtimes.org