QR CodeQR Code

Ərdoğan Liviyadadır

16 Sep 2011 17:30

IslamTimes - Türkiyənin Baş naziri Liviya paytaxtına səfərə gəlib


Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Liviyanın yeni hökumətinə dəstək ifadə etmək üçün Tripoliyə gəlib.

Bu barədə Frans Press agentliyi məlumat yayıb.

Agentliyin Milli Keçid Şurasının (MKŞ) nümayəndələrinə istinadən verdiyi xəbərə görə, Tripolinin beynəlxalq hava limanında Türkiyənin Baş nazirini MKŞ-nin rəhbəri Mustafa Əbdülcəlil və MKŞ-nin İcraiyyə komitəsinin rəhbəri Mahmud Cibril qarşılayıblar.

Ərdoğanın Liviyanın yeni rəhbərliyi ilə görüş keçirəcəyi, həmçinin ölkə paytaxtında ənənəvi cümə namazında iştirak edəcəyi gözlənilir.


Story Code: 99169

News Link :
https://www.islamtimes.org/az/news/99169/ərdoğan-liviyadadır

Islam Times
  https://www.islamtimes.org