QR CodeQR Code

Qaniçən İsrail qüvvələri Qüds günündə əl-Əqsa məscidinin ərazisinə girib, xəsarət alanlar var

29 Apr 2022 09:44

İslamTimes: Bu gün səhər sübh namazından sonra İsrail qüvvələri yenidən əl-Əqsa məscidinin ərazisinə giriblər. Fələstinlilərdən azı 13 nəfər xəsarət alıb.


SalamNews xəbər verir ki, bu barədə Fələstinin Qızıl Aypara Cəmiyyəti facebook səhifəsi üzərindən məlumat yayıb.

Bildirilib ki, İsrail qüvvələri bu gün sübh namazından sonra əl-Əqsa məscidinin həyətinə yenidən basqın edərək, məsciddə, eləcə də yaxında yerləşən “Qiblə namazxanası”ndakı fələstinliləri gözyaşardıcı qazlardan, rezin güllələrdən və sair vasitələrdən hədəfə alıblar.

Qızıl Aypara Cəmiyyəti 13 fələstinlinin xəsarət aldığını bildirib.

Qeyd edək ki, Beynəlxalq Qüds günü ilə bağlı İordan çayının Qərb sahili və Qəzza ilə sərhəd bölgələrdə gərginlik və hətta qarşıdurmaların yaşanması gözlənilir.


Story Code: 991732

News Link :
https://www.islamtimes.org/az/news/991732/qaniçən-israil-qüvvələri-qüds-günündə-əl-əqsa-məscidinin-ərazisinə-girib-xəsarət-alanlar-var

Islam Times
  https://www.islamtimes.org