0
Saturday 30 April 2022 - 22:26

Bir sıra İslam ölkələri bazar ertəsi gününü Fitr bayramı elan edib

Story Code : 992041
Bir sıra İslam ölkələri bazar ertəsi gününü Fitr bayramı elan edib
Səudiyyə Ərəbistanının Əl-Əxbariyyə şəbəkəsi elan edib: Şənbə gecəsi Şəvval ayının hilalı görünmədiyindən, bazar günü Ramazan ayının son günü, bazar ertəsi isə Fitr bayramıdır.

İraq Sünni Vəqf Cəmiyyəti də bu gecə hilalın görməyəcəyini açıqlayıb və bazar ertəsi gününü Fitr bayramı elan edib.

Küveyt, Qüds və Fələstin Müftisi, Sudan İslam Hüquq Şurası, Misir, Qətər, BƏƏ və Livanın Darül-Afta Mərkəzi də şənbə gecəsi ayın hilalılnın görünmədiyini açıqlayıblar. Beləliklə onlar bazar ertəsini Fitr bayramı elan edib.

Qeyd edək ki, bir sıra İslam ölkələri aprelin 2-sini Ramazan ayının ilk günü elan etmişdilər. Amma İran və Azərbaycan kimi bəzi ölkələr aprelin 3-nü ramazan ayının ilk günü olaraq elan ediblər.