0
Friday 16 September 2011 - 23:10

Qarabağda qəzaya uğramış pilotsuz təyyarə İsrail rejiminin HHQ-ə məxsus olub

Story Code : 99222
İsrail - İran
İsrail - İran
Azərbaycanın Müdafiə Nazirliyi rəsmən bəyan edib ki, işğal edilmiş Xocalı rayonu ərazisində qəzaya uğramış pilotsuz təyyarənin Azərbaycana məxsus olması haqda məlumat həqiqətə uyğun deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bəyan edib ki, "İşğal edilmiş ərazilərdə qəzaya uğrayan təyyarənin Azərbaycana heç bir aidiyyatı yoxdur".

Diqqət yetirmək lazımdır ki, qəzaya uğrayan pilotsuz təyyarənin üzərində heç bir fərqləndirici nişanlar olmayıb (yenə də erməni KİV-in xəbərinə görə). Hərçənd iyunun 26-da Bakıdakı hərbi paradda nümayiş etdirilən pilotsuz təyyarələrin üzərində Azərbaycan bayrağının əksi olub. Artıq bu fakt ermənilərin yaydığı xəbərin doğruluğuna şübhə yaradır. Hərçənd, erməni mediasının dezinformasiya yayması yeni fakt deyil.

Bununla da məsələni qapamaq olardı. Amma… Bu gün bu məsələdə yeni sensasiya işartıları meydana gəlib.

Türkiyənin diplomatik mənbələrinə yaxın mənbənin SalamNews-a verdiyi xəbərə görə, hadisə doğurdan da baş verib.

Adının çəkilməsini istəməyən mənbə deyib: "Ermənilərin işğal etdikləri Dağlıq Qarabağ ərazisində təyyarənin qəzaya uğraması faktı həqiqətən mövcuddur. Amma təyyarə Azərbaycanın Silahlı Qüvvələrinə məxsus olmayıb".

Mənbə bildirib ki, "bu İsrailin pilotsuz təyyarəsidir və İsrailin Hərbi Qüvvələrinə məxsus olub. Təyyarə Ermənistandakı, bəlkə də Dağlıq Qarabağın işğalçı qüvvələrinə məxsus hərbi bazadan havaya qalxıb və İrana qarşı kəşfiyyat tapşırığını yerinə yetirirmiş".

Beləliklə, mənbənin rəyinə əsasən, Azərbaycanın işğal edilmiş ərazilərindən erməni quldur birləşmələri qanunsuz narkotrafik, terror qruplaşmalarının düşərgəsi ilə yanaşı, həm də hərbi kəşfiyyatın məxfi əməliyyatları üçün istifadə edirlər.

Mənbə bildirib ki, İsrail rejimi son zamanlar pilotsuz təyyarələrini bütün Yaxın Şərq regionunda istifadə edir.

Anlaşılan səbəblər üzündən qeyd olunan məlumatı yoxlamaq mümkün deyil. Bunun nə dərəcədə həqiqətə uyğun olması ehtimallarına dair şərh vermirik. Onu dərc etməklə yalnız alternativ fikrə yer veririk.

Lakin ümumilikdə bütün vəziyyət bir sıra suallar doğurur. Məsələn, nə üçün "vurulan pilotsuz təyyarə" haqda "qaynar məlumat" hadisənin baş verməsindən – 12 sentyabr (özü də dəqiq vaxt göstərilməklə - 07.30) yalnız 2 gün sonra, sentyabrın 14-də yayıldı?

Təyyarənin Azərbaycan istehsalı olmadığı hətta ermənilərdə də şübhə doğurmur: separatçı rejimin müvafiq strukturlarında bu fikir artıq səslənib.

Azərbaycan pilotsuz uçan cihazlar istehsal etdiyini gizlətmir. Azərbaycanın müstəqilliyinin 20 illiyi və Hərbi Hava Qüvvələrinin yaranmasının 93-cü ildönümü münasibəti ilə təşkil edilən paradda Azərbaycan istehsalı olan "Qaranquş" və "Şahin" pilotsuz təyyarələri nümayiş etdirilmişdi. Bu cihazlar düşmənin arxa cəbhəsində kəşfiyyat aparmaq üçün ən müasir və təsirli texnikadır.

Bir müddət öncə, Azərbaycan KİV-də İsrail rejiminin "Orbiter-2M" və "Aerostar" tipli pilotsuz uçan cihazların istehsalına başlaması haqqında məlumat yayılmışdı.

"Aerostar"

Daha bir fakt. Ermənilərin sevinclə "Azərbaycanın pilotsuz təyyarəsinin vurulması" xəbəri bu məlumatı müşahidə edən fotoşəkillərə nəzər saldıqda sabun köpüyü kimi yox olur. "Məhv edilmiş" təyyarə heç havada vurulana bənzəmir – yanğın və güllə dəliklərindən əsər əlamət belə yoxdur. Amma başqa şey nəzərə çarpır – cihaz sadəcə olaraq, yerə çırpılıb (müəyyən nasazlıqdan da ola bilər) və məhv olub... Yeri gəlmişkən, bu pilotsuz təyyarə ölkəmizdə istehsal edilənlərə qətiyyən bənzəmir – model və forma tam başqadır.

Mənbələrin bildirdiyinə görə, Azərbaycanın HHQ-də "Orbiter-2M" və "Aerostar"dan savayı həmçinin İsrail rejimindən alınmış Hermes 450 pilotsuz uçan cihazdan da istifadə edilir.

Elə həmin türk diplomatik mənbə separatçıların Youtube-də yerləşdirdikləri "məhv edilən pilotsuz təyyarənin" videogörüntülərinə diqqət çəkib.
Source : Deyerler
Comment