0
Saturday 17 September 2011 - 08:19

Türk nazir İsrail prezidentinin çıxışını boykot etdi

Story Code : 99263
Türk nazir İsrail prezidentinin çıxışını boykot etdi
Türk nazir İsrail prezidentinin çıxışını boykot etdi
İsrailin dövlət başçısı Şimon Peres Ukraynanın Yalta şəhərində keçirilən və Avropa Birliyi-Ukrayna münasibətlərinə həsr olunmuş konfransda Türkiyə-İsrail münasibətlərinə dair açıqlama verib.

"Türkiyə ilə İsrail arasında soyuqluq yaşanması üçün heç bir səbəb yoxdur. Türkiyə digər müsəlman ölkələri ilə müqayisədə fərqli bir ölkədir. Bu fərqliliyə hörmətlə yanaşıram. Aramızda psixoloji və ideoloji bir böhran var, amma ortada itki yoxdur. Gərginliyin azalmasına çalışmalı və tədricən bir araya gəlməliyik. İki ölkə arasında heç bir ixtilaf yoxdur, çünki ortada buna səbəb də yoxdur. İsrailin Türkiyəyə qarşı bir qəzəbi yoxdur. Türklərin isə öz tarixləri və motivləri var. Ümid edirəm ki, gələcəkdə ara sakitləşər və yaxınlaşma baş verər." - deyə İşğalçı İsrail prezidenti bildirib.

Konfransda iştirak edən Türkiyənin Avropa Birliyi üzrə nümayəndəsi, nazir Egemen Bağış İsrail prezidenti Şimon Peresin öz nitqinə başlamasından əvvəl salonu tərk edib.
Comment