0
Saturday 17 September 2011 - 08:43

Türkiyə İranla birgə hərbi əməliyyat apara bilər

Story Code : 99265
Türkiyə - İran
Türkiyə - İran
Türkiyə İranla birgə Qəndil dağlarında (İraqın şimalında) terrorizmlə mübarizə üzrə hərbi əməliyyatların aparılması mümkünlüyünü nəzərdən keçirir.Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirilib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü.

Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb. Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib. /XezerXeber/
Comment