0
Thursday 12 May 2022 - 00:05

Vaşinqton: Çin və Rusiya ABŞ-ı tənəzzülə uğrayan bir güc olaraq görür

Story Code : 993769
Vaşinqton: Çin və Rusiya ABŞ-ı tənəzzülə uğrayan bir güc olaraq görür
Pentaqonun Kəşfiyyat İdarəsinin rəisi Skot Berrier ABŞ-ın üzləşdiyi təhdidlərin qlobal qiymətləndirilməsi ilə bağlı Senatın Silahlı Qüvvələr Komitəsinə verdiyi açıqlamada deyib: "Çin və Rusiya ABŞ-ı tənəzzülə uğrayan bir güc olaraq görür!"

O bu mövzu ilə bağlı deyib:
"Strateji rəqabət güclənir. Çin, Rusiya, İran və Şimali Koreya illərdir həyata keçirdikləri modernləşdirimə yolunda daha inamla addımlayır.
Onlar öz ambisiyalarını inkişaf etdirmək üçün daha çox imkanlar görürlər."

Pentaqonun Kəşfiyyat İdarəsinin rəisi əlavə edib:
"Çin və Rusiya ABŞ-ın tənəzzülə uğrayan ölkə olduğunu dərk edir və bu perspektivdən öz avtoritar modellərini inkişaf etdirmək və qlobal ambisiyalarını həyata keçirmək üçün bəhanə kimi istifadə edirlər..."