QR CodeQR Code

Sionist rejim: Əl-Cəzirə müxbirinin öldürülməsinə görə təəssüfləndik

إسلام تايمز , 12 May 2022 00:26

İslamTimes: İsrailin müdafiə naziri Əl-Cəzirə müxbirinin bu rejimin ünsürləri tərəfindən öldürülməsindən sonra yalnız təəssüfləndiyini bildirib.


İşğalçı İsrail rejiminin işğal olunmuş Qüds və İordan çayının qərb sahilində törətdiyi son vəhşiliklərə işarə belə etməyən İsrailin müdafiə naziri Beni Qantz Əl-Cəzirə müxbiri Şirin Əbu Aqilənin Cenin düşərgəsində öldürülməsinə görə təəssüfləndiyini bildirib.

Əl-Cəzirə telekanalının məlumatına görə, Beni Qantz deyib:

“Əl-Cəzirə” müxbirinin öldürülməsinə görə təəssüf edirik və fələstinliləri jurnalisti vuran şəxsi təhvil verməyə çağırırıq”.

İsrailin müdafiə naziri daha sonra sionist rejimin bu qətlə bağlı hərtərəfli araşdırma aparacağını iddia edib.

O, sionistlərin Əbu Aqiləyə atəş açmadığını iddia edərək deyib:
“İlkin sübutlar əsgərlərimizin ona atəş açdığını göstərmir, lakin biz yenə də bu haqda araşdırma aparacağıq.”


Story Code: 993772

News Link :
https://www.islamtimes.org/az/news/993772/sionist-rejim-əl-cəzirə-müxbirinin-öldürülməsinə-görə-təəssüfləndik

Islam Times
  https://www.islamtimes.org