0
Thursday 12 May 2022 - 00:26

Sionist rejim: Əl-Cəzirə müxbirinin öldürülməsinə görə təəssüfləndik

Story Code : 993772
Sionist rejim: Əl-Cəzirə müxbirinin öldürülməsinə görə təəssüfləndik
İşğalçı İsrail rejiminin işğal olunmuş Qüds və İordan çayının qərb sahilində törətdiyi son vəhşiliklərə işarə belə etməyən İsrailin müdafiə naziri Beni Qantz Əl-Cəzirə müxbiri Şirin Əbu Aqilənin Cenin düşərgəsində öldürülməsinə görə təəssüfləndiyini bildirib.

Əl-Cəzirə telekanalının məlumatına görə, Beni Qantz deyib:

“Əl-Cəzirə” müxbirinin öldürülməsinə görə təəssüf edirik və fələstinliləri jurnalisti vuran şəxsi təhvil verməyə çağırırıq”.

İsrailin müdafiə naziri daha sonra sionist rejimin bu qətlə bağlı hərtərəfli araşdırma aparacağını iddia edib.

O, sionistlərin Əbu Aqiləyə atəş açmadığını iddia edərək deyib:
“İlkin sübutlar əsgərlərimizin ona atəş açdığını göstərmir, lakin biz yenə də bu haqda araşdırma aparacağıq.”