QR CodeQR Code

“Ərazi bütövlüyünün qarşılıqlı tanınmasının tərəfdarıyam”

12 May 2022 19:50

İslamTimes: Ermənistanın baş naziri bir daha Azərbaycan Respublikası ilə sərhəd ixtilaflarının həllinə və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasına çağırıb.


SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Hollandiya Beynəlxalq Münasibətlər İnstitutunda etdiyi çıxışında deyib: “Rəsmi İrəvan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı öz fikirlərini təqdim edib, burada beş əsas məqam var. Bu, ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin demarkasiyası və delimitasiyası, bir-birlərinə qarşı ərazi iddialarından əl çəkilməsi onların arasındadır. Əslində onlarda qəbuledilməz heç nə yoxdur, lakin Qarabağ erməniləri məsələsinin təkliflərə daxil edilməməsi problem yaradır. Son vaxtlar isə masada yalnız Azərbaycanın təkliflərinin olacağı görüntüsü yaratmağa cəhd edilir.”

Paşinyan qeyd edib ki, bu ən azından, Brüsseldə əldə olunan razılaşmalara uyğun gəlmir.

Ermənistanın dövlət başçısı sonra erməni əsirlərin qaytarılması məsələsinə toxunub. O, 10 noyabr 2020-ci il tarixli bəyanata baxmayaraq, bir çox beynəlxalq təşkilatların çağırışlarına rəğmən 44 günlük müharibə zamanı əsir götürülmüş Ermənistan Respublikası vətəndaşlarının hələ də geri qaytarılmamasından təəssüfləndiyini bildirib və Azərbaycan tərəfini ittiham edib ki, insanlardan siyasi məqsədlər üçün istifadə edir və onları ticarət obyektinə çevirməyə çalışır.

Baş nazir vurğulayıb ki, məhz belə sövdələşmədən qaçmaq üçün sərəncamında olan bütün minalanmış ərazilərin xəritələrini Azərbaycana vermək qərarına gəlib. “Erməni tərəfi ümid edirdi ki, bu humanitar addımın ardınca Azərbaycan tərəfindən növbəti humanitar addım atılacaq. Buna baxmayaraq, bu gün ən azı 38 hərbi əsirimiz Azərbaycanda qalır”, - deyə Paşinyan qeyd edib.

 


Story Code: 993919

News Link :
https://www.islamtimes.org/az/news/993919/ərazi-bütövlüyünün-qarşılıqlı-tanınmasının-tərəfdarıyam

Islam Times
  https://www.islamtimes.org