0
Thursday 12 May 2022 - 20:55

BMT Yəməndəki bütün tərəfləri atəşkəsə əməl etməyə çağırıb

Story Code : 993924
BMT Yəməndəki bütün tərəfləri atəşkəsə əməl etməyə çağırıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq bildirib ki, Yəməndə humanitar böhranın aradan qaldırılması üçün bütün tərəflər hazırkı atəşkəsə əməl etməlidir.

İslamazeri.com "MEHR"ə istinadən xəbər verir ki, BMT-nin xüsusi nümayəndəsinin Twitter hesabında etdiyi paylaşımda Yəmənin müvəqqəti paytaxtı Ədənə iki günlük səfəri ilə bağlı məlumat verib.

Hans Qrundberq bildirib ki, Yəməndəki bütün tərəflər “müharibənin mülki şəxslərə təsirini azaltmaq və humanitar yardımın hərəkətliliyini asanlaşdırmaq” üçün mövcud atəşkəs rejimini qorumağa çalışmalıdırlar.