QR CodeQR Code

Lavrov: Moskva ilə Bakı arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib

12 May 2022 21:13

İslamTimes: Azərbaycanla Rusiya arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə, müttəfiqlik, qarşılıqlı fəaliyyət səviyyəsinə yüksəlib.


SalamNews "TASS"a istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Düşənbədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşündə deyib.

"Vəziyyəti nəzərdən keçirmək, prezidentlərin qarşıya qoyduğu konkret tapşırıqların necə yerinə yetirildiyini görmək üçün istənilən fürsət çox, çox qiymətlidir. Onu da qeyd edim ki, bu il biz diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Bir sıra çox rəngarəng, parlaq tədbirlər hazırlanır. Yaxın vaxtlarda Rusiya-Azərbaycan sənədlər toplusu nəşrə hazırlanmalıdır", deyə Lavrov bildirib.

Rusiya Xarici İşlər naziri Bakı ilə Moskva arasında iqtisadi əməkdaşlığa da diqqət çəkib.

"İki həftə öncə Bakıda növbəti iclas baş tutub. Bizə elə gəlir ki, bu iclas liderlərimizin bütün qərarları istiqamətində hərəkət etmək üçün çox faydalı olub. Bu forum vaxtilə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilib. Düşünürük ki, ilin ikinci yarısında daha bir regionlararası forumun təşkili mümkün olacaq", deyə Rusiya XİN rəhbəri vurğulayıb.


Story Code: 993925

News Link :
https://www.islamtimes.org/az/news/993925/lavrov-moskva-ilə-bakı-arasında-münasibətlər-keyfiyyətcə-yeni-mərhələyə-yüksəlib

Islam Times
  https://www.islamtimes.org