QR CodeQR Code

İşğalçı İsrail Suriyada daha 5 dinc sakini qətlə yetirdi

إسلام تايمز , 14 May 2022 07:36

İslamTimes: İşğalçı İsrail rejimi Suriyanın mərkəzi hissəsindəki Masyaf şəhərində mülki insanları raketlə hədəf alıb, ölənlər var.


“SANA” agentliyinin verdiyi xəbərə görə, hadisə nəticəsində 5 nəfər mülki vətəndaş həlak olub.

Raket hücumu zamanı daha 7 nəfər yaralanıb.

Sionist rejimin mülki vətəndaşları hədəfə almasından sonra kənddə güclü yanğın başlayıb.

Suriya mediası da cümə günü baş verən hücumu işğalçı İsrailin həyata keçirdiyini bildirib.

Qeyd edək ki, Suriya işğalçı İsrailin tez-tez öz ərazisinə hücumlar həyata keçirdiyini bildirir və bu rejimdən uyğun hücumlara son verməsini tələb edir. BMT və digər beynəlxlaq təşkilatlar isə sözdə İsrailin bu işğalçı siyasətini tənqid etsələr də, bu rejimə qarşı nə sanksiya tətbiq edir, nə də digər tədbirlər görür!

Qeyd edək ki, Sionist rejimin Müdafiə Nazirliyi ümumiyyətlə öz cinayətkar hücumları ilə bağlı açıqlama belə vermir.


Story Code: 994102

News Link :
https://www.islamtimes.org/az/news/994102/işğalçı-israil-suriyada-daha-5-dinc-sakini-qətlə-yetirdi

Islam Times
  https://www.islamtimes.org