QR CodeQR Code

ABŞ növbəti dəfə topu İran meydanına atır

إسلام تايمز , 14 May 2022 08:39

İslamTimes: İranın dəfələrlə BHFP sazişindəki öhdəliklərə qayıtmağa hazır olduğunu bildirməsinə baxmayaraq, ABŞ bir daha rəsmi Tehranın qərar verməli olduğunu açıqlayıb


ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi deyib:

"ABŞ İranı BHFP nüvə sazişinin tezliklə bərpasında maraqlı olub-olmadığını qərara almağa çağırır və hesab edir ki, bu məsələ ilə bağlı anlaşma hələ də təmin edilməyib. Hazırkı mərhələdə hələ də sövdələşmə əldə edilib-edilməyəcəyini qəti şəkildə söyləmək olmaz. İran qeyri-müqavilə şərtlərini irəli sürüb-sürməyəcəyinə və razılaşmaya nail olmaq istəyib-istəməyəcəyinə qərar verməlidir”.

Qeyd edək ki, rəsmi Tehran nüvə fəaliyyətini MAQATE-nin nəzarəti altında davam etdirir və BHFP sazişində qeyd olunan bütün şərtlərə əməl etdiyini bildirir. Amma Ağ Ev İrana qarşı BHFP sazişində qeyd olunan şərtlərdən əlavə tələblər irəli sürüb. Rəsmi Tehran isə sazişdən kənar heç bir güzəştə getməyəcəyini açıq şəkildə bəyan edib.

ABŞ bu gün də topu İran meydanına ataraq, hazırda hər şeyin İrandan asılı olduğunu iddia edir.


Story Code: 994111

News Link :
https://www.islamtimes.org/az/news/994111/abş-növbəti-dəfə-topu-iran-meydanına-atır

Islam Times
  https://www.islamtimes.org