Qüdsdə yaralanan gənc fələstinli şəhid olub
إسلام تايمز , 14 May 2022 12:14
İslamTimes: Mübarək Ramazan ayının üçüncü cümə günü Məscidül-Əqsada yaralanan 23 yaşlı Vəlid əş-Şərif aldığı xəsarətlərin ağır olması səbəbindən bu gün şəhid olub.
Qüds şəhərindən olan şəhidin qardaşı Əbdül Rəhman əl-Şərif bu gün Fələstinin "Maa" xəbər agentliyinə verdiyi açıqlamada Vəlidin yaralanmasından 21 gün sonra şəhid olduğunu bildirib.
Gənc fələstinli o qədər ağır yaralanıb ki, ciddi beyin qanaması və kəllə sümüyündə qırıq meydana gəlib. O həbs olunduqdan sonra 20 dəqiqə ərzində oksigensiz qalıb. Bu da beyin hüceyrələrinə ağır zərbə vurub.
Vəlid əl-Şərif həbs olunduqdan sonra ona ilkin tibbi yardım göstərilməyib və əksinə daha şiddətli təzyiqə məruz qalıb.
Story Code: 994139