0
Saturday 14 May 2022 - 12:14

Qüdsdə yaralanan gənc fələstinli şəhid olub

Story Code : 994139
Qüdsdə yaralanan gənc fələstinli şəhid olub
Qüds şəhərindən olan şəhidin qardaşı Əbdül Rəhman əl-Şərif bu gün Fələstinin "Maa" xəbər agentliyinə verdiyi açıqlamada Vəlidin yaralanmasından 21 gün sonra şəhid olduğunu bildirib.

Gənc fələstinli o qədər ağır yaralanıb ki, ciddi beyin qanaması və kəllə sümüyündə qırıq meydana gəlib. O həbs olunduqdan sonra 20 dəqiqə ərzində oksigensiz qalıb. Bu da beyin hüceyrələrinə ağır zərbə vurub.

Vəlid əl-Şərif həbs olunduqdan sonra ona ilkin tibbi yardım göstərilməyib və əksinə daha şiddətli təzyiqə məruz qalıb.