QR CodeQR Code

İraqın Diyala əyalətində partlayış törədilib, ölən və yaralananlar var

14 May 2022 11:00

İslamTimes: İŞİD 2017-ci ilin sonunda İraqda zəbt etdiyi bütün əraziləri itirib və gizli sığınacaqlarına geri çəkilib.


İraqın Diyala əyalətinin İmam-Veys bölgəsində təhlükəsizlik qüvvələrinin mövqeyində partlayış törədilib. Ölən və yaralananlar var.

İslamazeri.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.

Əyalətin İmam-Veys bölgəsində təhlükəsizlik qüvvələrinin mövqeyində quraşdırılmış bomba işə düşüb. Bir hərbçi həlak olub və altısı yaralanıb.

Qeyd edək ki, Diyala İŞİD-in fəal olduğu əyalətlərdən biridir.

İŞİD 2017-ci ilin sonunda İraqda zəbt etdiyi bütün əraziləri itirib və gizli sığınacaqlarına geri çəkilib. İraqın əl-Ənbar, Diyala, Səlahəddin və Nineva əyalətləri İŞİD-ə qarşı əməliyyatların tez-tez şahidi olur.


Story Code: 994150

News Link :
https://www.islamtimes.org/az/news/994150/iraqın-diyala-əyalətində-partlayış-törədilib-ölən-və-yaralananlar-var

Islam Times
  https://www.islamtimes.org