0
Sunday 15 May 2022 - 10:40

ABŞ-da ATIŞMA: ölənlərin sayı 10-a çatdı

Story Code : 994300
ABŞ-da ATIŞMA: ölənlərin sayı 10-a çatdı
Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı tərəfindən yayımlanan mətbuat konfransında şəhərin polis rəisi Cozef Qramaqlia bildirib.

"13 nəfər güllə yarası alıb, onlardan 10-u, o cümlədən supermarketin dörd əməkdaşı həlak olub", - o deyib.

Bundan əvvəl 8 nəfərin öldüyü bildirilirdi.

Polisin məlumatına görə, şəhərdə yaşamayan 18 yaşlı ağdərili gənc saxlanılıb. Onun əynində gülləkeçirməz jilet və canlı yayımda olduğu videokamera ilə taktiki dəbilqə olub.

Hücumdan sonra gənc supermarketi tərk edib. O, intihar edəcəyi ilə hədələyib, lakin polis onu təslim olmağa razı sala bilib.

Buffalo Federal Təhqiqatlar Bürosunun rəhbəri Steven Belongia deyib ki, atışma nifrət cinayəti kimi araşdırılır. Atəş açan şəxsin daha əvvəl sosial şəbəkədə yayımladığı irqçi bəyanatda motivlərini bildirdiyi güman edilir.