QR CodeQR Code

Kadırovdan Ərdoğana: Onların sizi aldatmasına icazə verməyin!

16 May 2022 07:03

İslamTimes: Çeçenistan rəhbəri Ramzan Kadırov Mariupoldakı “Azovstal” zavodundan təxliyə ilə bağlı Türkiyə rəhbərliyinə müraciət ünvanlayıb.


Axar.az xəbər verir ki, Kadırov bu barədə Teleqram kanalında yazıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan administrasiyası “Azovstal”da qalmış “Azov” alayının nasistlərini təxliyə etməyə hazır olduğunu açıqlayıb. Hörmətlə müsəlman dövlətinin rəhbərinə xatırlatmaq istərdim ki, “Azov” alayı faşist-millətçi cinayətkar silahlı qruplaşmadır. Onların sizi aldatmasına icazə verməyin”, - deyə Kadırov bildirib.

Qeyd edək ki, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın ölkəsinin "Azovstal" zavodunun ərazisindən mülki əhalini və “Azov” döyüşçülərini təxliyə etmək üçün gəmi göndərməyə hazır olduğunu bildirib. Ankaranın planı insanların "Azovstal"dan Berdyansk limanına quru yolu ilə köçürülməsini və daha sonra Türkiyə gəmisi ilə İstanbula daşınmasını nəzərdə tutur. Kalının sözlərinə görə, Türkiyə müharibənin sonuna qədər onları ölkədə saxlamağa hazırdır.


Story Code: 994404

News Link :
https://www.islamtimes.org/az/news/994404/kadırovdan-ərdoğana-onların-sizi-aldatmasına-icazə-verməyin

Islam Times
  https://www.islamtimes.org