0
Monday 16 May 2022 - 11:37

Son altı ildə ilk dəfə olaraq Yəmənin paytaxtına ticarət təyyarəsi uçub

Story Code : 994458
Son altı ildə ilk dəfə olaraq Yəmənin paytaxtına ticarət təyyarəsi uçub
SalamNews Yəmən mətbuatına istinadən xəbər verir ki, bu barədə Yəmənin Mülki Aviasiya Şirkəti bəyanat verib.

Bildirilib ki, ölkədə əldə edilmiş müvəqqəti atəşkəs anlaşmasının şərtlərinə əsasən, son altı ildə ilk ticarət reysi həyata keçirilib.

Paytaxt Sənadan qalxan təyyarə İordaniyaya uçub.

Qeyd edək ki, husilərin nəzarətində olan paytaxt Sənadan uçuşların başlaması Səudiyyə Ərəbistanın və onun dəstəklədiyi Yəmən hökumətinin razılığından sonra baş tutub. Bundan öncə husilər hava limanından uçuşların baş tutmayacağı təqdirdə atəşkəs anlaşmasının pozula biləcəyilə haqda xəbərdarlıq etmişdilər.