0
Monday 16 May 2022 - 22:51

Al-Akhbar: "Livan Müqavimətinə qarşı Qərb-Ərəb planı məğlubiyyətə düçar oldu

Story Code : 994573
Al-Akhbar: "Livan Müqavimətinə qarşı Qərb-Ərəb planı məğlubiyyətə düçar oldu
Livanın “Əl-Əxbar” qəzeti bu gün yazıb ki, Livanda ədalətli seçki nəticələrinin elan edilməsini istəyən hər kəs bütün partiyaların təqdim etdiyi planı və məqsədlərə çatmaq üçün hətta qanunsuz yollaraq əl ataraq şiddətli rəqabətə girdiklərinə diqqət yetirməlidir.

Bu xəbərin davamında bildirilir ki, 2018-ci ildən bəri Livanda, məntəqədə və ümumiyyətlə bütün dünyada “Mişel Aun”u Livan prezidenti postuna gətirən koalisiyaya qarşı geniş hücumlar olub. Məntəqə və dünya boyu bəziləri hədəflərinin Hizbullahın lideri olduğunu söyləmək üçün nəyisə gizlətməyə ehtiyac belə duymurdu. Bu məqsədə nail olmaq üçün müxtəlif tədbirlər görülməli idi. O cümlədən "Əl-Təyyar əl-Vətani əl-Hurr" partiyasının (Azad Milli Hərəkatı) və onun lideri Cebran Basilin vurulması idi. "Amerika-Səudiyyə-BƏƏ" qatarı Livan daxilindəki bəzi qruplarla əl-ələ verərək, Hizbullahı nüfuzdan salmağa, onlara olan sevgini azaltmağa çalışdılar. Amma son seçkilər göstərdi ki, düşmənin bütün planları alt-üst olub və Livan xalqının Hizbullah Hərəkatına olan sevgisi zərrə qədər belə azalmayıb.