QR CodeQR Code

"SEPAH-ın Amerikanın 200 milyon dollarlıq PUA-sını vurmasından sonra Vaşinqtonda ara qarışdı"

إسلام تايمز , 16 May 2022 23:39

İslamTimes: Donald Tramp administrasiyasında müdafiə naziri olmuş Mark Esper “Müqəddəs and” adlı yeni kitabında SEPAH-ın İranın Hormozqan sahillərində “Global Hawk” casus PUA-sını vurmasından sonra Vaşinqtonda aparılan müzakirələr və qarşıdurmalar barədə yazıb.


Üç il əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) elan etmişdi ki, ABŞ-ın "Global Hawk" casus pilotsuz təyyarəsi Hormozqan əyalətinin "Kuh-e Mübarək" bölgəsində İran İslam Respublikası sərhədlərini pozduqdan sonra hava hücumundan müdafiə qüvvələri tərəfindən hədəfə alınıb.

Bu hadisədən iki gün öncə Donald Tramp Mark Esperdən istefa vermiş Ceyms Mettisin yerinə keçməsini xahiş etmişdi.

Esper kitabında yazır:

“İyulun 20-nə keçən gecə, prezident məndən müdafiə naziri olmağımı xahiş etdikdən iki gün sonra İran Hörmüz boğazı üzərində kəşfiyyat missiyası həyata keçirən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 200 milyon dollar dəyərində “Globalhawk” pilotsuz təyyarəsini vurdu! Biz bu hadisədən sonra toplantı keçirdik ki, İrana bu addımına necə cavab verə biləcəyimizi təyin edəcək. Bu toplantıda bəziləri İranda 3 nöqtəyə zərbə endirilməsini, bəziləri isə belə hücumların uyğun olmadığını bildirdi. Ciddi fikir ayrılığı var idi. Amma sonda müzakirə edilmiş planlardan heç biri həyata keçirilmədi..."


 


Story Code: 994581

News Link :
https://www.islamtimes.org/az/news/994581/sepah-ın-amerikanın-200-milyon-dollarlıq-pua-sını-vurmasından-sonra-vaşinqtonda-ara-qarışdı

Islam Times
  https://www.islamtimes.org