QR CodeQR Code

Səna: Atəşkəslə bağlı hər hansı pozuntu müharibənin qayıdışı deməkdir!

إسلام تايمز , 16 May 2022 23:59

İslamTimes: Yəmənin Milli Qurtuluş Hökumətinin xarici işlər nazirinin müavini Hüseyn əl-Əzzi bazar ertəsi günü BMT-nin elan etdiyi atəşkəsə əsasən, gündə iki uçuşun (Səna hava limanından) həyata keçiriləcəyini vurğulayıb.


“Əl-Bəvabihil-Əxbariyyə əl-Yəməniyyə” xəbər saytı Əl-Azzinin belə dediyini yazıb:

“Ümid edirik ki, (Səudiyyə koalisiyası) bu məsələyə (atəşkəsdə qeyd olunan şərtlərə) sadiq qalacaq və sülhə və mehriban qonşuluğun bərpasına doğru birlikdə hərəkət edə bilmək üçün bir daha heç bir maneə görməyəcəyik”.

Əl-Azzi təcavüzkar Səudiyyə-BƏƏ koalisiyasına xəbərdarlıq edib ki, atəşkəsi pozmaq və ya uçuşlara mane olmaq müharibənin geri dönməsi demək olacaq və bu, baş verməməlidir. Heç bir ağlı başında olan insan buna icazə verməməlidir!"


Story Code: 994582

News Link :
https://www.islamtimes.org/az/news/994582/səna-atəşkəslə-bağlı-hər-hansı-pozuntu-müharibənin-qayıdışı-deməkdir

Islam Times
  https://www.islamtimes.org