QR CodeQR Code

Ərdoğan: “Biz buna “hə” deyə bilmərik”

17 May 2022 00:52

İslamTimes: İsveç və Finlandiyanın terror təşkilatlatlarını dəstək verməyəcəklərinə dair açıq mövqeləri yoxdur. Onlar terrorçuları Türkiyəyə təslim etməyəcəklərini bildiriblər.


Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İsveç terror təşkilatları üçün mərkəzdir: "Türkiyənin bu iki ölkəyə inamı yoxdur. Bazar ertəsi İsveç və Finlandiya rəsmiləri Türkiyə gələcəklər. Niyə gəlirlər? Bizi inandırmağa? Üzrlü saysınlar, əziyyət çəkməsinlər. Biz onların NATO-ya daxil olmaqlarına “hə” deyə bilmərik. Onda NATO təhlükəsizıik təşkilatı deyil, terrorçuları müdafiə edənlərin yeri olar".


Story Code: 994586

News Link :
https://www.islamtimes.org/az/news/994586/ərdoğan-biz-buna-hə-deyə-bilmərik

Islam Times
  https://www.islamtimes.org