QR CodeQR Code

İsrail qüvvələri Qüdsdə fələstinli gəncin cənazə mərasiminə müdaxilə edib, 45 yaralı var

17 May 2022 09:00

İslamTimes: İsrail qüvvələrinin atəşi nəticəsində həyatını itirən 24 yaşlı fələstinli gəncin cənazə mərasiminə müdaxilə edilib. Onlarla fələstinli yaralanıb.


SalamNews "Əlcəzirə" telekanalına istinadən xəbər verir ki, bu barədə Fələstinin Qızıl Aypara Cəmiyyəti bəyanat verib.

Bildirilib ki, İsrail qüvvələrinin atəşi nəticəsində həyatını itirmiş 24 yaşlı Vəlid Şərifin əl-Əqsa məscidi ətrafında keçirilən cənazə mərasiminə zorakı şəkildə müdaxilə edilib.

İsrail qüvvələrinin müdaxiləsi nəticəsində 45 fələstinli yaralanıb ki, onların 16-sı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Vəlid Şərif bir neçə gün öncə aldığı güllə yarasından həyatını itirib.

Tanınmış jurnalist Şirin Əbu-Aqilənin Cenin şəhərində İsrail qüvvələri tərəfindən qətlə yetirilməsindən sonra işğal altında olan ərazilərdə vəziyyət daha da gərginləşib.


Story Code: 994639

News Link :
https://www.islamtimes.org/az/news/994639/israil-qüvvələri-qüdsdə-fələstinli-gəncin-cənazə-mərasiminə-müdaxilə-edib-45-yaralı-var

Islam Times
  https://www.islamtimes.org