0
Tuesday 17 May 2022 - 09:29

Almaniya XİN rəhbəri: Rusiya neftindən imtina Aİ üçün çətin addımdır

Story Code : 994644
Almaniya XİN rəhbəri: Rusiya neftindən imtina Aİ üçün çətin addımdır
SalamNews "TASS"a istinadən xəbər verir ki, bunu Brüsseldə Almaniyanın Xarici İşlər naziri Annalena Berbok bəyan edib.
"Bu gün biz altıncı sanksiyalar paketindən danışacağıq. Aydındır ki, hələ bəzi şeylərə aydınlıq gətirilməlidir. Avropa İttifaqının neftdən tamamilə imtinaya doğru addım atması asan olmayacaq. Müxtəlif ölkələr üçün bu, fərqli çağırışlar deməkdir, çünki asılılığın fərqli dərəcəsi var", deyə Berbok bildirib.

Nazirin sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərar bu gün verilməyəcək.

"Yaxın günlərdə biz vahid nəticə əldə edəcəyik, buna əminəm. Biz sanksiya paketləri bağlayırıq ki, şərtlərdən asılı olaraq, bu məhdudiyyətlərə illər boyu riayət edilsin. Rusiyadan enerji resurslarından imtina elə hazırlanmalıdır ki, Aİ-nin ayrı-ayrı ölkələri üçün keçilməz çətinliklər olmasın", deyə Annalena Berbok qeyd edib.