QR CodeQR Code

Putin Paşinyanla Qarabağı müzakirə edib

17 May 2022 09:58

İslamTimes: Rusiya prezidenti Vladimir Putin Kremldə Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağ müzakirə edib.


SəhərAzəri-nin məlumatına əsasən, Putin Moskvada keçirilən həmin görüşdə deyib: "Biz Qarabağ probleminin həllində birgə fəal işləməyə davam edirik. Üçtərəfli formatda, Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə. Bir çox məsələlər var. Sizin görüşmək və bütün komplekslər haqqında danışmaq imkanı əldə etdiyimə görə şadam".

Rusiya hazırda Qarabağ məsələsini faktiki olaraq öz nəzarətundə saxlayır və bölgədə yaşayan ermənilərin öz dövlət strukturlarını qoruyub saxlamasına, o cümlədən də silhalı qüvvəsini gücləndirməsinə köməklik göstərir. Bundan əlavə rus icmasının yaradılmasının müəllifi yenə Rusiyadır. Bunlar isə Bakının diqqətindən kənarda qalmır və Azərbaycanda əksər siyasətçilər rusiyalı sülhməramlıların Qarabağı tərk etməsini tələb edirlər. Onların qənaətincə Rusiya erməni silahlı birləşmələrini ləğv etmədiyinə görə 10 noyabr 2020-ci il razılaşmasını pozubdur. Buna görə də sülhməramlıların hazırkı fəaliyyəti Azərbaycanın suveren hüquqlarını məhv edir.

Qeyd edək ki, Paşinyan Moskvaya KTMT-yə üzv ölkələrin liderlərinin sammitində iştirak etmək üçün gedib. Fürsətdən istifadə edərək Ermənistanın baş naziri bəzi üzv dövlətləri İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycana silah satmaqda ittiham edib.

Maraqlıdır ki, Azərbaycan rəhbərliyi son günlər müeharibə əsnasında Rusiyanın Ermənistana xeyli həcmdə silah və hərbi texnika göndərdiyinə xatir tənqid etmişdi.

Bazar ertəsi Moskvada KTMT-nin sammiti keçirilib. Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınln üzvləridirlər.

KTMT-yə bu il Ermənistan sədrlik edir.


Story Code: 994647

News Link :
https://www.islamtimes.org/az/news/994647/putin-paşinyanla-qarabağı-müzakirə-edib

Islam Times
  https://www.islamtimes.org