0
Wednesday 18 May 2022 - 08:05

İlon Mask Baydeni və federal hökuməti tənqid edib

Story Code : 994823
İlon Mask Baydeni və federal hökuməti tənqid edib
SalamNews "TASS"a istinadən xəbər verir ki, Mask bu fikri "All-In Podcast" podkastında deyib. "Əsl prezident telesuflyoru idarə edəndir. Hakimiyyətə gedən yol telesuflyora gedən yoldur", deyə Mask bildirib.

Eyni zamanda iş adamı qeyd edib ki, o, mötədil siyasi baxışlara sadiqdir və özünü nə respublikaçı, nə də demokrat hesab edir.

Bundan əlavə, Mask deyib ki, inflyasiyanın əsas səbəbi hökumətin əlində olduğundan bir milyard daha çox pul çap etməsidir.

İş adamı federal hökuməti dolların ucuzlaşmasına səbəb ola biləcək inflyasiyanı süni şəkildə gücləndirdiyinə görə tənqid edib.

Beynəlxalq Valyuta Fondunun aprel ayında dərc etdiyi hesabata görə, ABŞ-da inflyasiya son 40 ilin ən yüksək həddinə çatıb.