QR CodeQR Code

İlon Mask Baydeni və federal hökuməti tənqid edib

18 May 2022 08:05

İslamTimes: Amerikalı sahibkar İlon Mask bazar ertəsi ABŞ prezidenti Co Baydeni tənqid edib və bildirib ki, real prezident telesuflyora nəzarət etməlidir, əksinə yox.


SalamNews "TASS"a istinadən xəbər verir ki, Mask bu fikri "All-In Podcast" podkastında deyib. "Əsl prezident telesuflyoru idarə edəndir. Hakimiyyətə gedən yol telesuflyora gedən yoldur", deyə Mask bildirib.

Eyni zamanda iş adamı qeyd edib ki, o, mötədil siyasi baxışlara sadiqdir və özünü nə respublikaçı, nə də demokrat hesab edir.

Bundan əlavə, Mask deyib ki, inflyasiyanın əsas səbəbi hökumətin əlində olduğundan bir milyard daha çox pul çap etməsidir.

İş adamı federal hökuməti dolların ucuzlaşmasına səbəb ola biləcək inflyasiyanı süni şəkildə gücləndirdiyinə görə tənqid edib.

Beynəlxalq Valyuta Fondunun aprel ayında dərc etdiyi hesabata görə, ABŞ-da inflyasiya son 40 ilin ən yüksək həddinə çatıb.


Story Code: 994823

News Link :
https://www.islamtimes.org/az/news/994823/ilon-mask-baydeni-və-federal-hökuməti-tənqid-edib

Islam Times
  https://www.islamtimes.org