0
Wednesday 18 May 2022 - 09:19

Putin: Bu gün Ukrayna ətrafında baş verənlərin hamısı Qərbin siyasəti ilə bağlıdır

Story Code : 994828
Putin: Bu gün Ukrayna ətrafında baş verənlərin hamısı Qərbin siyasəti ilə bağlıdır
SalamNews "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin neft sənayesinin inkişafına dair müşavirədə bildirib.

Onun sözlərinə görə, “bütün bunlar inflyasiyaya gətirib çıxarır”, Qərb isə “səhvlərini etiraf etmək əvəzinə, qıraqda günahkar axtarır”.

Putin Qərbin düşünülməmiş siyasətini dünya enerji sektorunda problemlərin əsas səbəbi adlandırıb. Onun sözlərinə görə, bu gün Ukrayna ətrafında baş verən hər şey Qərbin siyasəti ilə bağlıdır.

"Bu gün hər şey, o cümlədən Ukrayna ətrafında baş verən hadisələr Qərbin düşünülməmiş siyasəti ilə bağlıdır", deyə Putin vurğulayıb.

Rusiya liderinin sözlərinə görə, bu ölkələr “onilliklər ərzində öz təhlükəsizliyinin təmin edilməsi sahəsində Rusiyanın tamamilə qanuni narahatlıqlarına məhəl qoymayıb və Kiyev rəhbərliyindəki millətçi, neofaşist elementləri hər cür təşviq edib, problemlərə laqeyd yanaşıblar".