0
Wednesday 18 May 2022 - 19:10

Fransa şirkəti İŞİD-ə maliyyə yardımı etməkdə ittiham olunur

Story Code : 994915
Fransa şirkəti İŞİD-ə maliyyə yardımı etməkdə ittiham olunur
APA-nın “Anadolu” agentliyinə istinadən xəbərinə görə, şirkət “insanlığa qarşı cinayətlərdə iştirak etmək"də ittiham olunur.

Fransa Ali Məhkəməsinin 2021-ci ilin sentyabrında şirkətə qarşı bu ittihamın irəli sürülməsi ilə bağlı qərarının ardınca Paris Apellyasiya Məhkəməsi bu gün “Lafarge”a “insanlığa qarşı cinayətlərə ortaq olması” ittihamı ilə bağlı istintaqın davam etdirilməsi qərarını qəbul edib.

2017-ci ilin iyununda şirkətə qarşı başladılan təhqiqat çərçivəsində “Lafarge”ın idarə heyətinin sədri Bruno Lafont da daxil olmaqla, bir sıra rəhbər nümayəndələri “terrorizmi maliyyələşdirməkdə” ittiham olunublar.