QR CodeQR Code

ABŞ araşdırma mərkəzi: Əfqanıstanın süqutunun əsas səbəbi ABŞ-Taliban razılaşması idi

18 May 2022 19:33

İslamTimes: "Amerikanın Talibanla sülh razılaşması və bu sazişdə bölgəni tərk etməklə bağlı vaxt təyin etməsi Əfqanıstanın süqutunun ən başlıca səbəbi idi".


SalamNews BBC-Yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstanın yenidənqurması üzrə araşdırma mərkəzi (SİGAR) hesabat verib.

Hesabatda Əfqanıstanın Talibanın əlinə keçməsinin əsas səbəbi açıqlanıb və bildirilib ki, ABŞ-ın sabiq hökumətinin hərəkatla Dohada imzaladığı sülh sazişi və qüvvələrin çıxarılması ilə bağlı vaxt təyin etməsi Əfqanıstanda ordunun dağılmasının əsas səbəbidir.

Əlavə edilib ki, bu razılaşma Tramp Administrasiyası tərəfindən qəbul edilərək, imzalanıb, Bayden Administrasiyası tərəfindən də icra edilib. Bu razılaşmadan sonra ABŞ-ın Əfqanıstan Ordusunun Hava Qüvvələrinə verdiyi dəstəyi minimuma endi.

Qeyd edək ki, Tramp Administrasiyası ilə Talibanın Dohada razılaşması 2020-ci ilin fevralında imzalanıb. ABŞ bu razılaşmada son qüvvələrinin Əfqanıstandan 14 aya çıxacağını bildirmişdi.


Story Code: 994916

News Link :
https://www.islamtimes.org/az/news/994916/abş-araşdırma-mərkəzi-əfqanıstanın-süqutunun-əsas-səbəbi-taliban-razılaşması-idi

Islam Times
  https://www.islamtimes.org